Rusiyada yanğın olub, 3-ü uşaq olmaqla 4 nəfər ölüb

Rusiyada yanğın olub, 3-ü uşaq olmaqla 4 nəfər ölüb Rusiyanın Perm diyarının Yuqo-Kamsk qəsəbəsində çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində 3 uşaq olmaqla 4 nəfər ölüb.
Region
7 İyun , 2021 09:45
Rusiyada yanğın olub, 3-ü uşaq olmaqla 4 nəfər ölüb

Rusiyanın Perm diyarının Yuqo-Kamsk qəsəbəsində çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində 3 uşaq olmaqla 4 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Hadisə iyunun 7-də gecə saatlarında baş verib. Yanğın söndürüləndən sonra hadisə yerindən 1953-cü il təvəllüdlü kişi, 2014-cü ildə anadan olan qız, 2009 və 2014-cü illərdə anadan olmuş oğlan meyitləri aşkarlanıb.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatanadək 5 sakin binanı tərk edib. Daha 3 nəfər isə yanğnsöndürənlər tərəfindən xilas olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi