Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək Qanun layihəsini Daxili İşlər Nazirliyi hazırlayacaq
Region
27 İyun , 2017 05:55
Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək
EPA

Bakı. 27 iyun. REPORT.AZ/ Rusiyada vətəndaşlığı olmadan yaşayan şəxslərə şəxsiyyəti təsdiq edən sənədlərin verilməsinə başlana bilər.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən "İzvestiya" qəzeti yazıb.

Nəşr Rusiya prezidenti yanında İnsan Haqları Şurasının Miqrasiya Komissiyasının sədri Yevgeni Bobrovun sözlərinə istinadən yazır ki, belə bir qanun layihəsini Daxili İşlər Nazirliyi hazırlayacaq.

"Vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd hazırlanmalıdır. O, müvəqqəti yaşamaq icazəsi alanadək qüvvədə olacaq. Əcnəbilərin müvəqqəti saxlanma mərkəzləri və ya gecələmə yerlərində sənədi ala biləcək insanlar çoxdur. Onlar köhnə sənədlərindən məhrum olublar, yeniləri isə verilmir", - deyə Bobrov bildirib.

Son xəbərlər

Orphus sistemi