Rusiyada uşaq bağçasına silahlı hücum olub, 4 nəfər ölüb

Rusiyada uşaq bağçasına silahlı hücum olub, 4 nəfər ölüb Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasına silahlı hücum nəticəsində 4 nəfər ölüb.
Region
26 Aprel , 2022 14:45
Rusiyada uşaq bağçasına silahlı hücum olub, 4 nəfər ölüb

Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasına silahlı hücum olub, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, əli silahlı bir nəfər uşaq bağçasında ətrafa atəş açıb. Hadisə nəticəsində 1 tərbiyəçi, 2 uşaq ölüb.

Həmin şəxs hadisədən sonra özünü güllələyərək intihar edib.

Hadisə yerinə Ulyanovsk vilayəti qubernatorunun birinci müavini İqor Adel və qubernatorun müavini Aleksandr Korobko yollanıb. Vilayətin qubernator Aleksey Russki Daşkənddən birbaşa hadisə yerinə uçacağı deyilir. Rusiya dövlət Dumasının deputatı, vilayətin keçmiş qubernatoru Sergey Morozovun sözlərinə görə, ölən uşaqlardan biri 2016, o biri isə 2017-ci ildə anadan olub.

İlkin məlumata görə, faciə məişət zəminində baş verib.

Son xəbərlər

Orphus sistemi