Rusiyada tibbi maskalar üçün özütəmizlənən parça istehsal ediləcək

Rusiyada tibbi maskalar üçün özütəmizlənən parça istehsal ediləcək Söhbət ultrabənövşəyi şüalanma və günəş işığının təsiri altında bakteriyalardan və viral hissəciklərdən müstəqil şəkildə təmizlənən titan dioksid əsaslı parçadan gedirə
Region
568
23 Dekabr , 2020 12:21
Rusiyada tibbi maskalar üçün özütəmizlənən parça istehsal ediləcək
0 : 00
0 : 00

Rusiyada 2021-ci ildə özütəmizlənən parçaların istehsalına başlanacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Boreskov adına Rusiya Kataliz İnstitutunun mətbuat xidməti məlumat verib.

Söhbət ultrabənövşəyi şüalanma və günəş işığının təsiri altında bakteriyalardan və viral hissəciklərdən müstəqil şəkildə təmizlənən titan dioksid əsaslı parçadan gedir.

Bu texnologiya Novosibirsk Dövlət Universiteti və Rusiya Kataliz İnstitutunun əməkdaşları tərəfindən hazırlanıb.

Gələcəkdə bu cür parçalardan tibbi maskalar və qoruyucu kostyumların tikilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi