Rusiyada təyyarənin təcili eniş etməsi nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2

Rusiyada təyyarənin təcili eniş etməsi nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2 Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.
Region
340
15 Avqust , 2019 21:28
Rusiyada təyyarənin təcili eniş etməsi nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2

Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. 

Qeyd edilir ki, onlardan 19-u uşaqlardır. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib. 

“Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.


***11:20

Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcili enişi zamanı aralarında 5 uşaq olan bəzi sərnişinlər xəsarət alıblar.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən sərnişinlərin vəziyyəti kafidir.

Mötəbər bir mənbə isə sərnişinlərdən 28 yaşında 1 nəfərin ağır vəziyyətdə olduğunu, 4 uşağın isə beyin silkələnməsi ilə xəstəxanaya çatdırıldığını bildirib.

***10:43

Rusiyanın “Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, təyyarədə  226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.

Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub.

Son xəbərlər

Orphus sistemi