Rusiyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

Rusiyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.
Region
3 Noyabr , 2021 17:21
Rusiyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb
0 : 00
0 : 00

İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib. 

Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur.

17:00

İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib. 

Təyyarənin göyərtəsindəki daha 5 nəfərin taleyi hələlik naməlumdur.

16:39

Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin qalıqlarının tapılmasını təsdiqləməyib.

Hadisə yerinə xilasedicilər göndərilib.

Son xəbərlər

Orphus sistemi