Rusiyada təlim mərkəzində 160 hərbçi arasında dava düşüb, 14 nəfər yaralanıb

Rusiyada təlim mərkəzində 160 hərbçi arasında dava düşüb, 14 nəfər yaralanıb Hadisə Sverdlovsk vilayətindəki Yelan təlim mərkəzində, 31612 saylı hərbi hissədə baş verib
Region
3 Avqust , 2017 12:51
Rusiyada təlim mərkəzində 160 hərbçi arasında dava düşüb, 14 nəfər yaralanıb
Ura.news

Bakı. 3 avqust. REPORT.AZ/ Rusiyanın Sverdlovsk vilayətində Tuvadan olan müqaviləli 60 hərbçi ilə yerli qarnizonun yüz əsgəri arasında baş verən dava nəticəsində 14 nəfər bıçaq yarası alıb.

“Report” "URA.ru"ya istinadən xəbər verir ki, hadisə Sverdlovsk vilayətindəki Yelan 473-cü kiçik hərbi mütəxəssislərin təlim mərkəzində, 31612 saylı hərbi hissədə baş verib.

Məlumata görə, üç ay əvvəl Tuvadan bu mərkəzə 60 müqaviləli hərbçi ezam olunub. Kursun son günü onlar spirtli içki alaraq təlimi başa vurmalarını qeyd etmək istəyiblər. İçdikdən sonra qarnizondakı hərbçilərin onlara verdikləri əzab və işgəncəni yada salıblar. Sonra bıçaqla silahlanaraq onların kazarmasına hücum ediblər.

Yelan təlim mərkəzinə Rusiya Mərkəzi Hərbi Dairəsi Komandanlığının müavini, general-leytenant Xasan Kaloyevin başçılığı altında işçi komissiya gedib.

Xəbərdə bildirilib ki, avqustun 3-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu təftiş məqsədi ilə Sverdlovsk vilayətinə səfər edəcək. 

Qeyd edək ki, S.Şoyqu əslən Tuvadandır. Onun atası tuvalı, anası isə rusdur. 

Son xəbərlər

Orphus sistemi