Hərbi hissədən qaçan əsgər ölü halda tapılıb - YENİLƏNİB

Hərbi hissədən qaçan əsgər ölü halda tapılıb - YENİLƏNİB Onun üzərində həmçinin dəbilqə, zirehi gödəkçə, 100-dən çox patron və süngü-bıçaq olub
Region
29 Mart , 2019 12:13
Hərbi hissədən qaçan əsgər ölü halda tapılıb - YENİLƏNİB
ТАСС
0 : 00
0 : 00

Tver vilayətində hərbi hissədən silahla qaçan sıravi əsgər ölü halda tapılıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qərb Hərbi Dairəsinin məlumatına görə, fərarinin meyiti qeyri-yaşayış binaların birində tapılıb. Onun yanında silah və döyüş sursatı da olub. 


***10:48

Rusiya Silahlı Qüvvələrində xidmət edən sıravi əsgər Tver vilayətinin Rjev şəhərində yerləşən hərbi hissənin ərazisindən silahla qaçıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, sıravi əsgər Rjevdəki Hava Kosmik Qüvvələrinin 6-cı briqadasından "Kalaşnikov" avtomatı, dəbilqə, zirehi gödəkçə, 100-dən çox patron və süngü-bıçaqla qaçıb.

Qeyd olunur ki, hərbi hissənin şəxsi heyəti artıq həyəcan siqnalı ilə ayağa qaldırılıb, hazırda fərarinin axtarışı aparılır, polis əməkdaşları axtarışda hərbçilərə yardım göstərirlər.

Son xəbərlər

Orphus sistemi