Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı yerin ilk görüntüləri - VİDEO

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı yerin ilk görüntüləri - VİDEO Rusiyanın Kamçatka diyarında iyulun 6-da “An-26” sərnişin təyyarəsinin qəzaya uğradığı yerin videosu yayılıb.
Region
6 İyul , 2021 17:25
Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı yerin ilk görüntüləri - VİDEO

Rusiyanın “Kamçatka Hava Yolları” şirkətinə məxsus “An-26” sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən ilk videogörüntülər yayılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kamçatkanın Palana qəsəbəsindən havaya qalxan təyyarə aeroportdan bir az aralıda təpəliyə çarpılıb.

Diyarın qubernatoru Vladimir Solodov bildirib ki, “An-26”nın əsas hissəsi suyun altında qalıb: “Dalğıclar hadisə yerinə göndəriləcək”.

Qeyd edək ki, iyulun 6-da Kamçatkada “An-26” sərnişin təyyarəsi qəzaya uğrayıb. Nəticədə 22 sərnişin və 6 ekipaj üzvü ölüb. Təyyarənin qırıntıları aşkarlanıb, lakin ölənlərin meyitləri hələ ki tapılmayıb.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi