Rusiyada avtobusda partlayış zamanı xəsarət alanların sayı 18-ə çatıb, ölən var

Rusiyada avtobusda partlayış zamanı xəsarət alanların sayı 18-ə çatıb, ölən var Rusiyada sərnişin avtobusu partlayıb.
Region
13 Avqust , 2021 01:40
Rusiyada avtobusda partlayış zamanı xəsarət alanların sayı 18-ə çatıb, ölən var

Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda baş verən partlayış zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.

"Xəsarət alanların sayı 18 nəfərə çatdı, onlardan biri - qadın öldü", - Qusev özünün teleqram sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, xəsarət alanlar arasında uşaq yoxdur.

Faktla bağlı cinayət işi qaldırılıb.

Partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib. Partlayış zamanı avtobusda 35 nəfər olub.

01:20

Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda baş verən partlayış zamanı xəsarət alanların sayı 16 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 3-ü ağır vəziyyətdədir. Zərərçəkənlərdən biri reanimasiyaya yerləşdirilib, digəri cərrahi əməliyyat edilir. Yaralılardan beşinin vəziyyəti orta ağırdır, ikisinin vəziyyəti qənaətbəxşdir. Daha iki nəfərin xəsarəti yüngüldür.

"RİA Novosti" isə hadisə zamanı ağır xəsarət almış qadının xəstəxanada öldüyünü xəbər verib.

Xəsarət alanlar arasında uşaq yoxdur.

Faktla bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib.

00:36

Rusiyada sərnişin avtobusu partlayıb.

Bu barədə “Report” Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, hadisə Voronej şəhərində olub. Partlayış nəticəsində azı 14 nəfər xəsarət alıb. Regionun nəqliyyata nəzarət xidmətindən bildirilib ki, partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. "İlkin məlumata görə, avtobusun damında quraşdırılmış qaz balonlarından biri nasaz olub. Qaz sızması baş verib və partlayış olub”, - xidmətdən “İnterfaks”a bildirilib.

Son xəbərlər

Orphus sistemi