Rusiyada səhiyyə naziri itkin düşüb

Rusiyada səhiyyə naziri itkin düşüb Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb
Region
526
9 May , 2021 19:02
Rusiyada səhiyyə naziri itkin düşüb
Aleksandr Muraxovski

Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.

Qeyd edilir ki, nazir mayın 7-də ova gedib. Polisin məlumatına görə, 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb. Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar.

Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən ağırlaşıb.

Son xəbərlər

Orphus sistemi