Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb

Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” şaxtasında daha 18 mədənçinin meyiti tapılıb.
Region
30 Noyabr , 2021 09:39
Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” şaxtasında daha 18 mədənçinin meyiti tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, meyitlərin ərazidən çıxarılması hələlik mümkün olmayıb.

“Onlardan 10-u yuxarı transportasiyaya hazırdır. Hələlik yüksək metan səviyyəsinə görə bunu gerçəkləşdirmirik”, - agentlik bildirib.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib. Hadisə nəticəsində 43-ü xilasedici olmaqla, 96 nəfər ölüb. Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilmişdi.

Son xəbərlər

Orphus sistemi