Rusiyada neft və daş kömür sahəsində qəza: 5 nəfər ölüb

Rusiyada neft və daş kömür sahəsində qəza: 5 nəfər ölüb Rusiyanın Kemerovo vilayətinin Leninsk-Keznetsk dairəsində S.D.Tixov adına daş kömür mədənin uçması nəticəsində 3 nəfər ölüb.
Region
22 Yanvar , 2021 12:36
Rusiyada neft və daş kömür sahəsində qəza: 5 nəfər ölüb

Rusiyanın Kemerovo vilayətinin Leninsk-Keznetsk dairəsində S.D.Tixov adına daş kömür mədənin uçması nəticəsində 3 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, dağıntı zaman şaxtada 44 nəfər olub, onlarda 41-i torpağın üstünə çıxarılıb. Şaxtaçıları həkim müayinə edib.

Mədənin illik istehsal gücü 1,8 milyon tondur.

Tatarıstanda isə neft anbarının dağılması nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə yanvarın 22-də “Tatarıstan Kiçik neft şirkəti” Açıq Tipli Səhmdar Cəmiyyətinin Sarmansk rayonun Bolşoye Nurkeyeo kəndindəki müəssisəsinin açıq meydançasında baş verib.

Son xəbərlər

Orphus sistemi