Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 34 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə regionun aidiyyəti orqanları məlumat yayıb.
Bu gün yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə saat 20:00-red) olan məlumata görə, ümumilikdə 67 nəfər saxta içkidən zəhərlənib. Onlardan 34-ü ölüb, 24 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onların 11-nin vəziyyəti qənaətbəxşdir, 6 nəfər yaxın vaxtlarda evə buraxılacaq.
Qeyd edilir ki, saxta alkoqollu içkidən zəhərlənənlərin 2-nin vəziyyəti orta ağırdır, 7 nəfər ağır vəziyyətdədir. Məlumata görə, daha 9 nəfər ambulator müalicə edilib.
Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.
Hadisə ilə bağlı Vilayətin İstintaq Komitəsi tərəfindən bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.