Rusiyada qripə görə 911 məktəb və 108 uşaq bağçası bağlanıb

Rusiyada qripə görə 911 məktəb və 108 uşaq bağçası bağlanıb Hazırda qrip və KRVİ 38 regionu əhatə edir
Region
24 Yanvar , 2017 07:44
Rusiyada qripə görə 911 məktəb və 108 uşaq bağçası bağlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyada qrip və kəskin respirator virus infeksiyası (KRVİ) səbəbindən 108 uşaq bağçası, 911 məktəb və 57 kollec bağlanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın İnsan Rifahı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") rəhbəri Anna Popovaya istinadən RİA "Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, qrip və KRVİ-nin əhatə etdiyi regionların sayı həftə ərzində ¼ dəfə aşağı düşüb və 38-ə bərabər olub.

Son xəbərlər

Orphus sistemi