Rusiyada qətldə ittiham edilən erməni öz vətənində sərbəst buraxılıb

Rusiyada qətldə ittiham edilən erməni öz vətənində sərbəst buraxılıb Moskva yaxınlığındakı Krasnoqorsk rayonunda fəaliyyət göstərən Birhaus barının sahibi, ölüm hadisəsi ilə nəticələnən kütləvi davada iştirak etməkdə şübhəli bilinən Ermənistanda Qurgen Aqanyan sərbəst buraxılıb.
Region
14 Sentyabr , 2019 02:51
Rusiyada qətldə ittiham edilən erməni öz vətənində sərbəst buraxılıb

Moskva yaxınlığındakı Krasnoqorsk rayonunda fəaliyyət göstərən "Birhaus" barının sahibi, ölüm hadisəsi ilə nəticələnən kütləvi davada iştirak etməkdə şübhəli bilinən Ermənistanda Qurgen Aqanyan sərbəst buraxılıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a vəkil Narek Kostonyana istinadən məlumat yayıb.

Qeyd edilir ki, Qurgen Aqanyan Baş Kəşfyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin öldürüldüyü kütləvi davada iştirak etməkdə şübhəli bilinir.

Vəkilin sözlərinə görə, barın sahibi buraxılıb. Buna Rusiya tərəfinin onun həbsinin uzadılmasını tələb etməməsi səbəb göstərilir. Lakin bildirilir ki, onunla bağlı təhqiqat işi davam etdirilir.

Daha əvvəl xəbər verilib ki, Aqanyan ölüm hadisəsi ilə nəticələnən kütləvi davadan bir gün sonra Rusiyanı tərk edib. Ancaq o Ermənistanda saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi