Rusiyanın Kurqan şəhərinin fəxri vətəndaşı, RSFSR-in əməkdar maşınqayırma mühəndisi, piyadaların döyüş maşınlarının (PDM) yaradıcısı Danil Relin 92 yaşında Kurqanda ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kurqan şəhər administrasiyası dekabrın 12-də məlumat yayıb.
Bildirilib ki, Danil Zaxaroviç Relinin “Kurqanmaşzavod” məhsullarının qlobal silah bazarında rəqabət qabiliyyətini artırmaq məqsədilə PDM-1, PDM-2, PDM-3 maşınlarının, müxtəlif mülki texnikanın işlənib hazırlanması və kütləvi istehsalında böyük əməyi olub.
D.Relin “Qırmızı Əmək Bayrağı” ordeni, "Əmək igidliyinə görə", "Rəşadətli əməyə görə" medalları ilə təltif edilib. O, 1930-cu il dekabrın 14-də Belarusun Moqilev vilayətinin Krasnopolye kəndində anadan olub. 1954-cü ildə Leninqrad Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1954-cü ildən Kurqan Maşınqayırma Zavodunda işləyib.