Maqnitoqorskda binanın uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb - YENİLƏNİB-3

Maqnitoqorskda binanın uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb - YENİLƏNİB-3 Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Region
4877
3 Yanvar , 2019 07:53
Maqnitoqorskda binanın uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb - YENİLƏNİB-3

Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Dağıntılar altından çıxarılan sonuncu şəxsin cinsiyyəti məlum deyil", — deyə məlumatda bildirilir.

Eyni zamanda daha 4 nəfərin aqibəti əvvəlki kimi qeyri-müəyyən olaraq qalır.


***20:56

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xilasedicilər daha iki nəfərin – qadın və kişinin meyitini dağıntılar altından çıxarıblar.


***16:07

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

21 nəfərin taleyi isə məlum deyil.

Qeyd edək ki, evin dağıntıları altında 5 uşaq qalır.


***09:40

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb. 

Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.

Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.

Son xəbərlər

Orphus sistemi