Rusiyada pandemiya qurbanlarının sayı 75 mini ötdü

Rusiyada pandemiya qurbanlarının sayı 75 mini ötdü Rusiyada son bir gündə daha 16 714 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
4 Fevral , 2021 12:03
Rusiyada pandemiya qurbanlarının sayı 75 mini ötdü
koronavirus

Rusiyada son bir gündə daha 16 714 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 917 918 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 521 nəfər artaraq 75 205-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 389 913 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi