Rusiyada koronavirusa yoluxanların sayı 242 271-ə çatıb, 2 212 nəfər ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 242 271-ə çatıb, 2 212 nəfər ölüb Rusiyada son bir gündə 10 028 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
256
13 May , 2020 11:37
Rusiyada koronavirusa yoluxanların sayı 242 271-ə çatıb, 2 212 nəfər ölüb
0 : 00
0 : 00

Rusiyada son bir gündə 10 028 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 242 271 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 96 nəfər artaraq 2 212-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 48 003 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 4 703.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 292 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi