Rusiyada ötən sutka 92 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada ötən sutka 92 nəfər pandemiyanın qurbanı oldu Rusiyada son sutkada daha 7 113 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
25 İyun , 2020 11:33
Rusiyada ötən sutka 92 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada son sutkada daha 7 113 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 613 994 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 92 nəfər artaraq 8 605-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 375 164 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 885 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,5 milyonu ötüb. Bunların 5,1 milyondan çoxu sağalıb, 485 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi