Bakı. 13 iyul. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiy Muxtar Dairəsində “Surqutneftqaz” şirkətinin müəssisələrindən birində baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Regional Fövqəladə Hallar Xidmətdən bildiriblər.
Yaralılardan ikisi ağır, üçü isə orta-ağır dərəcədə xəsarət alıb. Hadisə yerində komissiya işləyir. Partlayışı səbəbi araşdırılır.
“Surqutneftqaz"ın mətbuat xidməti hadisəni şərh etməyib.