Rusiyada “Nə? Harada? Nə zaman?” televiziya klubunun oyunçusu axtarışa verilib

Rusiyada “Nə? Harada? Nə zaman?” televiziya klubunun oyunçusu axtarışa verilib Rusiya hüquq-mühafizə orqanları vəkil, “Nə? Harada? Nə zaman?” televiziya klubunun oyunçusu İlya Novikovu axtarışa verib.
Region
1 Dekabr , 2022 01:18
Rusiyada “Nə? Harada? Nə zaman?” televiziya klubunun oyunçusu axtarışa verilib

Rusiya hüquq-mühafizə orqanları vəkil, “Nə? Harada? Nə zaman?” televiziya klubunun oyunçusu İlya Novikovu axtarışa verib.

“Report”un məlumatına görə, bu barədə “TASS” Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasından xəbər verib.

“11 fevral 1982-ci il təvəllüdlü Novikov İlya Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - məlumat bazasında deyilir.

O, hüquqşünas kimi ukraynalı pilot Nadejda Savçenkonun, rejissor Oleq Sentsovun müdafiəsi ilə yadda qalıb. Bundan əlavə, Novikov Aleksey Navalnının "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun maraqlarını təmsil edib.

2002-ci ildən 2016-cı ilə qədər "Nə? Harada? Nə zaman" intellektual televiziya şousunun daimi oyunçusu olub və burada dəfələrlə mükafatlar qazanıb.

Son xəbərlər

Orphus sistemi