Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib

Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş Aleksey Navalnının qardaşı Oleq Navalını barəsində axtarış elan edilib.
Region
20 fevral 2024 12:39
Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib

Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş nümayəndəsi Aleksey Navalnının qardaşı Oleq Navalnı barəsində axtarış elan edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxil İşlər Nazirliyindən bildirilib.

Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil.

Qeyd edək ki, Oleq Navalnı barəsində 2022-ci ilin yanvarında axtarış elan edilib. Bundan əvvəl Cinayət-İslah Müfəttişliyi Oleq Navalnının “sanitariya işi” adlanan iş üzrə şərti cəzasının ləğvi təklifi ilə məhkəməyə müraciət etmişdi. Cinayət işi 2021-ci il yanvarın 23-də Moskvada Aleksey Navalnıya dəstək üçün hakimiyyətin icazə vermədiyi etiraz aksiyası ilə bağlı hadisələrə aiddir. Tədbirdən sonra sanitar-epidemioloji qaydaların pozulması da daxil olmaqla bir sıra cinayət işləri açılmışdı. Bu məsələ ilə bağlı müxalifətçinin bir neçə tərəfdarı, o cümlədən Oleq Navalnı saxlanılmışdı.

Xatırladaq ki, bu il fevralın 16-da Aleksey Navalnı Rusiyanın Yamalo-Nenesk muxtar dairəsində 3 saylı islah əmək müəssisəsində ölüb. İstintaq Komitəsi siyasətçinin ölüm faktı üzrə araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi