FIBA Avropa Kuboku: "Gəncə"nin rəqibləri bəlli olub

Komanda
  • 16 iyul, 2026
  • 15:02
FIBA Avropa Kuboku: Gəncənin rəqibləri bəlli olub

"Gəncə" basketbol komandasının FIBA Avropa Kubokundakı rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi C qrupunda yer alan klublarla üz-üzə gələcək.

"Gəncə" Rumıniyanın "Universitatiya", Portuqaliyanın "Sportinq", Bolqarıstanın "Rilski Sportist", Yunanıstanın "Kolossos H Hotels" və Türkiyənin "Esenler Erokspor" kollektivləri ilə qarşılaşacaq.

FIBA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsində mübarizə aparacaq "LANDAU Lions" basketbol komandası uğursuzluqla üzləşəcəyi təqdirdə, Avropa Kubokunun qrup mərhələsində çıxış edəcək.

Azərbaycan təmsilçisi ÇL-də mübarizəni dayandırsa, püşkün nəticəsinə əsasən G qrupunda mübarizə aparacaq.

Komanda burada İsveçrənin "Lions de Geneve", Danimarkanın "Bakken Bears Arhus", Portuqaliyanın "Benfika", Türkiyənin "Yukatel Denizli Basket" və "Prievidza" (Slovakiya) - "Samobor" (Xorvatiya) cütünün qalibi ilə mübarizə apara bilər.