Rusiya Mərkəzi Seçki Komissiyası siyasi partiyalar tərəfindən irəli sürülmüş Rusiya prezident seçkilərində iştirak etmək üçün namizədlərin sənədlərinin qəbulunu başa çatdırıb.
“Report” xəbər verir ki, indiki prezidentlik kampaniyası çərçivəsində müraciət mərhələsi başa çatıb.
Hazırda üç nəfər öz namizədliyini irəli sürüb - Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin, rusiyalı blogerlər Rada və Anatoli Bataşev.
Səkkiz partiyanın namizədi isə bunlardır - Leonid Slutski (LDPR), Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası), Vladislav Davankov (Yeni insanlar), Sergey Baburin (Rusiya Ümumxalq Birliyi), Andrey Boqdanov (Rusiya Azadlıq və Ədalət Partiyası), Boris Nadejdin ("Vətəndaş Təşəbbüsü"), Serqey Malinkoviç ("Rusiya Kommunistləri"), İrina Sviridova (Rusiya Demokratik Partiyası).
Yanvarın 31-dək öz namizədliyini irəli sürənlər qeydiyyata alınmaq üçün 300 min imza, qeyri-parlament partiyalarından namizədlər - 100 min imza təqdim etməlidirlər. Bununla yanaşı, parlament partiyalarından olan namizədlər imza toplanışından azaddırlar.