Rusiyada miqrant kvotası təsdiqlənib
Region
- 16 oktyabr, 2024
- 03:27
Rusiya 2025-ci ildə cəmi 10,5 min miqrant qəbul edəcək.
“Report” “TASS”a istinadən xəbər verir ki, 2025-ci ildə 10 min 595 əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır.
Moskva şəhəri və Moskva ətrafı üçün müəyyənləşdirlən maksimum kvotaya görə 1 350 miqrantın burada yaşamasına icazə veriləcək.
Sankt-Peterburq üçün 200 icazə kvotası müəyyənləşdirilib. İki il əvvəl hər birinin 500 icazəsi olan Tatarıstan və Başqırdıstan bu il cəmi 100 (2024-cü ildə hər biri 250) icazə kağızı verə biləcək.
Qeyd olunub ki, son beş il ərzində kvotanın həcmi ildən-ilə azalır: 2023-cü ildə Rusiya Nazirlər Kabineti 13,5 min, 2022-ci ildə 19 minə yaxın, 2021-ci ildə 39 mindən çox icazə verib.
Son xəbərlər
16:34
Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq
Turizm16:31
Azərbaycanda 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşlar həyata keçiriləcək
Turizm16:29
Foto
Azərbaycanlı jurnalistlər Səmərqənddə Şahi-Zində kompleksi ilə tanış olublar
Media16:23
Azərbaycanda dağ və macəra turizmi üzrə peşəkar bələdçilik və təhlükəsizlik sistemi yaradılacaq
Turizm16:21
Qabriel Martinelli "Əl-Hilal"ın maraq dairəsinə düşüb
Futbol16:14
Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövü təsis ediləcək
Turizm16:12
Sentyabrda taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
Fərdi16:10
Rumıniyanın "F-16" qırıcısı Konstansa sahillərində dəniz dronunu vurub
Digər ölkələr16:06
Foto