Rusiyada koronavirusun təhlükəli növü aşkarlandı

Rusiyada koronavirusun təhlükəli növü aşkarlandı Rusiyada koronavirusun "Britaniya" ştammına ilk yoluxma aşkarlanıb.
Region
10 Yanvar , 2021 21:16
Rusiyada koronavirusun təhlükəli növü aşkarlandı

Rusiyada koronavirusun "Britaniya ştammı"na ilk yoluxma aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi bildirib.

Məlumata görə, koronavirusun yeni ştammı ölkəyə Britaniyadan qayıdan vətəndaşda qeydə alınıb.

Xatırladaq ki, yeni ştamm ilk dəfə ötən il dekabrın ortalarında Britaniyada aşkarlanıb. Koronavirusun bu növü əvvəlki variantdan 70 faiz daha yoluxucudur. Buna görə də təhlükəli sayılır. Lakin yeni ştammdan ölüm halının qeydə alınması barədə məlumat yoxdur.

Koronavirusun mutasiyaya uğramış yeni forması artıq onlarla ölkədə aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi