Rusiyada koronavirusdan ölənlərin sayı 113 647-yə yüksəlib

Rusiyada koronavirusdan ölənlərin sayı 113 647-yə yüksəlib Rusiyada son sutkada daha 8 465 nəfər COVID-19-a yoluxub
Region
10 May , 2021 12:36
Rusiyada koronavirusdan ölənlərin sayı 113 647-yə yüksəlib
0 : 00
0 : 00

Rusiyada son sutkada daha 8 465 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 888 727 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 321 nəfər artaraq 113 647-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 4 502 906 nəfər sağalıb.

Rusiya koronavirusa yoluxan dövlətlərin sırasında ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra 6-cə yerdədir.

Son xəbərlər

Orphus sistemi