Rusiyada koronavirusdan ölənlərin sayı 104 795-ə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 104 795-ə çatıb Rusiyada son sutkada daha 8 995 nəfər COVID-19-a yoluxub
Region
16 Aprel , 2021 12:17
Rusiyada koronavirusdan ölənlərin sayı 104 795-ə çatıb

Rusiyada son sutkada daha 8 995 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 684 148 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 397 nəfər artaraq 104 795-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 4 310 557 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi