Rusiyada koronavirusa yoluxanların sayı artdı

Rusiyada koronavirusa yoluxanların sayı artdı Rusiyada koronavirus daşıyıcılarının sayı 93-ə çatıb.
Region
16 Mart , 2020 17:09
Rusiyada koronavirusa yoluxanların sayı artdı
google.az

Rusiyada koronavirus daşıyıcılarının sayı 93-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Tatyana Qolikova deyib.

Onun sözlərinə görə, Rusiyada koronavirusa yoluxma hallarının 86-sı xariclə əlaqəlidir, 7-si isə təmasdan yoluxub.

Bundan əlavə, T.Qolikova 4 nəfərin artıq sağaldığını bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 159 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 173 744-ə çatıb. Bunların 77 814 nəfəri sağalıb, 6 680 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi