Rusiyada koronavirusa yoluxanların sayı 834 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 834 mini ötdü Rusiyada son bir gündə daha 5 509 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
30 İyul , 2020 11:36
Rusiyada koronavirusa yoluxanların sayı 834 mini ötdü

Rusiyada son bir gündə daha 5 509 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 834 499 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 165 nəfər artaraq 13 802-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 629 655 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 678 nəfər.

Son xəbərlər

Orphus sistemi