Rusiyada koronavirusa yoluxanların sayı 634,4 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 634,4 mini ötdü Rusiyada son sutkada koronavirusa 6 700-dən çox yoluxma qeydə alınıb.
Region
28 İyun , 2020 11:51
Rusiyada koronavirusa yoluxanların sayı 634,4 mini ötdü

Rusiyada son sutkada koronavirusa 6 700-dən çox yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Qeyd edilir ki, bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 634 437 nəfərə çatıb.  

“Son sutkada Rusiyanın 83 regionunda koronavirus infeksiyasına 6 791 yoluxma təsdiqlənib, o cümlədən kliniki əlaməti olmayan 2 198 aktiv yoluxma aşkarlanıb”, - deyə xəbərdə bildirilir.

Ölkənin 85 regionunda virusa ümumilikdə 634 437 yoluxma aşkarlanıb. 

Məlumata görə, ötən gün Rusiyada koronavirusdan daha 104 nəfər ölüb. Beləliklə, COVID-19-dan ölənlərin ümumi sayı 9 073 nəfərə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi