Rusiyada koronavirusa yoluxanların sayı 370 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 370 mini ötdü Rusiyada son bir gündə daha 8 338 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
133
27 May , 2020 11:37
Rusiyada koronavirusa yoluxanların sayı 370 mini ötdü
0 : 00
0 : 00

Rusiyada son bir gündə daha 8 338 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 370 680 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 161 nəfər artaraq 3 968-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 142 208 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 140 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 352 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi