Rusiyada koronavirusa yoluxanların sayı 209 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 209 mini ötdü Rusiyada son bir gündə 11 012 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
10 May , 2020 11:48
Rusiyada koronavirusa yoluxanların sayı 209 mini ötdü

Rusiyada son bir gündə 11 012 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 209 688 nəfərə, ölənlərin sayı 1 915-ə, sağalanların sayı isə 34 306 nəfərə çatıb. Hazırda ölkədə 243 000 nəfər COVID-19 şübhəsi ilə həkim nəzarətindədir.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi