Rusiyada koronavirusa yoluxanların sayı 155 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 155 mini ötdü Rusiyada son bir gündə 10 102 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
5 May , 2020 11:38
Rusiyada koronavirusa yoluxanların sayı 155 mini ötdü

Rusiyada son bir gündə 10 102 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 155 370 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 95 nəfər artaraq 1 451-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 19 865 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 714.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 647 000-i ötüb. Bunların 1 200 680 nəfəri sağalıb, 252 444 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi