Rusiyada koronavirus səbəbindən kütləvi tədbirlər ləğv olunub

Rusiyada koronavirus səbəbindən kütləvi tədbirlər ləğv olunub “Rusiyada koronavirusla bağlı vəziyyət son dərəcə gərgindir. 12 regionda yoluxmanın artım templəri digərlərinə nisbətən əhəmiyyətli dərəcədə sürətlidir və yalnız 5 regionda hələlik azalma davam edir. Kütləvi tədbirlər bütün ölkədə ləğv olunub. Tədbirlər y
Region
4 Oktyabr , 2021 16:09
Rusiyada koronavirus səbəbindən kütləvi tədbirlər ləğv olunub

“Rusiyada koronavirusla bağlı vəziyyət son dərəcə gərgindir. 12 regionda yoluxmanın artım tempi digərlərinə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir və yalnız 5 regionda hələlik azalma davam edir. Ölkədə bütün kütləvi tədbirlər ləğv olunub. Tədbirlər yalnız epidemioloji tendensiyalardan asılı olaraq, ölkənin baş sanitar həkiminin qərarı ilə keçirilir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

Onun sözlərinə görə, Rusiyanın regionlarında məhdudlaşdırıcı tədbirlərin seçimi COVID-19-la bağlı vəziyyətə uyğun həyata keçirilir. Bununla belə, o qeyd edib ki, hazırda Rusiya şəhərlərində maska taxılması rejiminə riayət olunmasına nəzarətlə bağlı xeyli suallar mövcuddur.

Bundan başqa, Moskvada da koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Şəhərin meri Sergey Sobyaninin sözlərinə görə, vaksinləmədən sonra müsabiqə və lotereyaların keçirilməsi praktikasına qayıtmağa ehtiyac var.

Son xəbərlər

Orphus sistemi