Rusiyada iki yol qəzası: 8 nəfər ölüb, 1 nəfər yaralanıb

Rusiyada iki yol qəzası: 8 nəfər ölüb, 1 nəfər yaralanıb Rusiyanın Murmansk vilayətində “Volkswagen Polo” markalı avtomobilin çovğun zaman yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb.
Region
25 Yanvar , 2021 12:49
Rusiyada iki yol qəzası: 8 nəfər ölüb, 1 nəfər yaralanıb

Rusiyanın Murmansk vilayətində “Volkswagen Polo” markalı avtomobilin çovğun zaman yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin regional idarəsi yayıb.

Bildirilib ki, hadisə Murmansk vilayəti Polyarnozorinsk rayonunun “Kola” federal trasının 1 201-ci kilometrliyində baş verib. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və 3 sərnişin ölüb.

Qeyd edək ki, ötən gecə Arxangelsk vilayətində ölümlə nəticələnən daha bir qəza olub. Arxangelsk-Severodvinck trasında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi