Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb

Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb Ölüm hadisəsi tibbi yardım üçün çox gec müraciət edilməsi ilə izah olunur
Region
18 Yanvar , 2017 17:16
Rusiyada Honkonq qripindən ilk ölüm faktı qeydə alınıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyanın Yaroslavl vilayətində "Honkonq qripi"ndən - A tipli qrip virusuna aid olan H3N2 virusundan bir nəfər vəfat edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Vilayət rəhbərliyindən bildiriblər ki, ölüm hadisəsi tibbi yardım üçün çox gec müraciət edilməsi ilə əlaqədardır.

Məlumatda qeyd olunub ki, vilayətdə qrip və kəskin respirator virus infeksiyası (KRVİ) ilə yoluxma səviyyəsi 40%-dən yüksək olduğundan karantin rejimi saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi