Rusiyada hidrotəyyarə qəzaya uğrayıb, ölənlər var

Region
  • 02 avqust, 2023
  • 06:09
Rusiyada hidrotəyyarə qəzaya uğrayıb, ölənlər var

Rusiyanın Krasnoyarsk diyarında şəxsi hidrotəyyarə Dudinka sənaye zonası yaxınlığında çaydan havaya qalxarkən qəzaya uğrayıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb. Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

44 - Tezliklə