Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
Region
- 17 may, 2024
- 18:45
Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib, bir neçə hərbçi xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib. Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilir.
Hadisəyə səbəb İkinci Dünya Müharibəsi dövründən qalmış 76 mm-lik döyüş sursatının partlaması olub. Leninqrad Hərbi Dairəsi komandanlığının nümayəndələri hadisənin başvermə səbəbini və şəraitini aydınlaşdırmaq üçün ərazidədir.
Son xəbərlər
15:32
Orban: Macarıstan Aİ ölkələrinin mövqeyindən asılı olmayaraq ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Digər ölkələr15:31
Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub
Fərdi15:28
Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq
Din15:27
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Maliyyə15:26
Yenikənd su anbarında bir sıra ekoloji qanun pozuntuları aşkarlanıb
Ekologiya15:22
Cəlilabadda 52 yaşlı kişi öldürülüb, şübhəli şəxs saxlanılıb
Hadisə15:21
Orban: ABŞ ilə enerji razılaşmaları Macarıstanın təhlükəsizliyini möhkəmləndirəcək
Energetika15:19
Ötən il 33 nəfər xaricdə təhsil üzrə dövlət proqramından imtina edib
Elm və təhsil15:18