Rusiyada hərbçi özünü güllələyərək intihar edib

Rusiyada hərbçi özünü güllələyərək intihar edib Rusiya ordusunun Sverdlovsk vilayətində yerləşən hərbi hissələrdən birinin hərbçisi intihar edib.
Region
29 Sentyabr , 2021 11:30
Rusiyada hərbçi özünü güllələyərək intihar edib

Rusiya Silahlı Qüvvələrinin Sverdlovsk vilayətində yerləşən hərbi hissələrindən birində xidmət edən hərbçi özünü güllələyərək intihar edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.

Yekaterinburq Qarnizonunun komandanlığı və hüquq-mühafizə orqanları faktla bağlı birgə araşdırma aparır.

İlkin məlumata görə, hərbçi naryada getməzdən əvvəl tabel silahı ilə özünü güllələyib.

Son xəbərlər

Orphus sistemi