​Rusiyada helikopter qəzasında ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

​Rusiyada helikopter qəzasında ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB Qəzada yaralanan 10 nəfər reanimasiyaya yerləşdirilib
Region
26 Noyabr , 2015 11:51
​Rusiyada helikopter qəzasında ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 26 noyabr. REPORT.AZ/ Krasnoyarsk diyarının Turuxan rayonunda "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Qərbi Sibir bölgəsinin nəqliyyat prokuroru Oksana Qorbunova bildirib. 

O qeyd edib ki, son məlumatlara əsasən, qəza nəticəsində ölən sərnişinlərin sayı 15 -ə çatıb, 10 nəfər isə reanimasiyaya yerləşdirilib. Prokuror bildirib ki, helikopterdəki daha bir nəfərin xilas olunması üçün əməliyyat davam edir. 

Məlumata görə, helikopterdə 26 nəfər olub.

*** 10:57 

Krasnoyarsk diyarının Turuxan rayonunda "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Qərbi Sibir bölgəsinin nəqliyyat prokuroru Oksana Qorbunova bildirib. Onun sözlərinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilir. Xəsarət alanlar diyarın İqarka şəhərindəki xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, helikopterdə 25 nəfər olub.

*** 10:17

Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk diyarında göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olan "Mi-8" helikopteri qəzaya uğrayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, helikopter diyarın Turuxan rayonunda sərt eniş edib.

"Mi-8" İqarka - neft ötürücü stansiya marşrutu üzrə hərəkət edirmiş.

Helikopter Rusiyanın "Turuxanavia" helikopter avia şirkətinə məxsusdur. 

İlkin məlumata əsasən, qəza nəticəsində ən azı iki nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi