Rusiyada helikopterlər toqquşub, ölən var

Rusiyada helikopterlər toqquşub, ölən var Rusiyanın Saratov vilayətində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
Region
28 Aprel , 2022 15:58
Rusiyada helikopterlər toqquşub, ölən var

Rusiyanın Saratov vilayətində baş vermiş helikopter qəzasının ilkin səbəbi açıqlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə halları idarəsi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, havada iki təlim helikopteri toqquşub, iki pilot katapult edib.

15.46

Rusiyanın Saratov vilayətində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli fövqəladə halları idarəsi yayıb.

“Saratov vilayətində təlim uçuşu yerinə yetirərəkən helikopter qəzaya uğrayıb. Bir nəfər ölüb”, - məlumatda qeyd olunub.

Saratovun meri Mixail İsayev qəzanın baş verdiyini təsdiqləyərək, pilotlardan birinin sağ-salamat tapıldığını bildirib.

Hadisənin səbəbi və helikopterin göyərtəsindəki adamların sayı dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi