Rusiyada helikopter qəzasında ölən daha 3 nəfərin meyiti tapılıb

Rusiyada helikopter qəzasında ölən daha 3 nəfərin meyiti tapılıb Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterinin göyərtəsində olan 3 nəfərin cəsədi tapılıb.
Region
14 Avqust , 2021 13:31
Rusiyada helikopter qəzasında ölən daha 3 nəfərin meyiti tapılıb

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterinin göyərtəsində olan daha 3 nəfərin meyiti tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, ölənlərin meyitləri Kuril gölündə aşkarlanıb və sahilə çıxarılıb.

Qeyd edək ki, avqustun 12-də Rusiyanın Kamçatka diyarında "Mi-8" helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində 8 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb. Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.

Son xəbərlər

Orphus sistemi