Rusiyada Gürcüstan vətəndaşı Azərbaycana aid saxta sənədlərlə saxlanıldı

Rusiyada Gürcüstan vətəndaşı Azərbaycana aid saxta sənədlərlə saxlanıldı Rusiyanın Rostov əyalətində Gürcüstan vətəndaşı Elçin Osmanov saxlanılıb
Region
203
12 May , 2021 19:08
Rusiyada Gürcüstan vətəndaşı Azərbaycana aid saxta sənədlərlə saxlanıldı

Rusiyanın Rostov əyalətində Gürcüstan vətəndaşı Elçin Osmanov saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

İstintaqla müəyyən olunub ki, həmin şəxs Rusiyada sərbəst şəkildə qalmaq, xaricə getmək üçün Azərbaycan vətəndaşına aid saxta pasport və sürücülük vəsiqəsindən istifadə edib.

E.Osmanov avtomobillə hərəkətdə olarkən dayandırılıb və saxta sənədləri təqdim edərkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Gürcüstan vətəndaşını bir ilədək müddətə həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi