Rusiyada koronavirusa gündəlik yoluxanların sayı artdı

Rusiyada koronavirusa gündəlik yoluxanların sayı artdı Rusiyada son bir gündə daha 9 803 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
18 Mart , 2021 12:13
Rusiyada koronavirusa gündəlik yoluxanların sayı artdı

Rusiyada son bir gündə daha 9 803 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 428 239 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 460 nəfər artaraq 93 824-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 037 036 nəfər sağalıb.

Qeyd edək ki, ötən gün Rusiyada 8 998 nəfərdə COVID-19 aşkarlandığı, 427 nəfərin isə virusdan öldüyü açıqlanmışdı.

Son xəbərlər

Orphus sistemi