Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb
Region
- 28 dekabr, 2020
- 06:07
Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.
Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb.
İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub.
İtkin düşən balıqçıların axtarışı davam etdirilir.
Son xəbərlər
03:11
"Forbes": Trampın sərvəti 7 milyard dollara çatıb
Digər ölkələr02:45
Foto
Video
Bakıda avtomobil yanıb
Hadisə02:27
Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı düşünür
Digər ölkələr01:51
ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment qətnaməsini rədd edib
Digər ölkələr01:30
Tramp Vaşinqtonda Kennedi Mərkəzinin dərhal bağlanacağını açıqlayıb
Digər ölkələr01:24
Azərbaycan və Pakistanın Serbiyadakı səfirləri regional vəziyyəti müzakirə ediblər
Xarici siyasət01:17
ABŞ İranın blokadası çərçivəsində 103 ticarət gəmisinin marşrutunu dəyişib
Digər ölkələr00:37
Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib
Xarici siyasət00:35