Rusiyada FTX-nin binasına silahlı hücum olub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Rusiyada FTX-nin binasına silahlı hücum olub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb Hücum edən şəxs öldürülüb
Region
134
21 Aprel , 2017 13:40
Rusiyada FTX-nin binasına silahlı hücum olub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyanın Xabarovsk Diyarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub.

“Report” TASS-a istinadən xəbər verir ki, qurumun qəbul otağına edilən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərədn birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.  

Məlumata görə, binaya hücum edən şəxs məhv edilib. 

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi