Rusiyada fabrikdə uçqun olub, ölən və xəsarət alanlar var

Rusiyada fabrikdə uçqun olub, ölən və xəsarət alanlar var Rusiyanın Kransoyarsk diyarının Norilsk şəhərindəki fabrik sexlərindən birinin ərazisində uçqun olub, nəticədə dörd nəfər xəsarət alıb
Region
133
20 Fevral , 2021 04:44
Rusiyada fabrikdə uçqun olub, ölən və xəsarət alanlar var

Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərindəki dağ-mədən emalı fabrikinin sexlərindən birinin ərazisində uçqun olub.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətində bildiriblər.

Məlumata görə, hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Qeyd edilir ki, dağıntılar altında daha bir neçə nəfərin qala bilməsi ehtimalı var.

"Fevralın 20-də saat 00:44-də (Bakı vaxtı ilə saat 01:44-də) Norilsk şəhərində, Qornaya küçəsi 27 ünvanında fabrikdə uçqunun olması barədə xəbər daxil oldu. İki nəfər özü dağıntılar altından xilas olub", - mətbuat xidmətində bildirilib.

FHN-in məlumatına görə, hadisə zamanı dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Axtarış işləri davam edir. Regional prokurorluq bildirib ki, dağıntılar altında 2 nəfər qalıb.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb, təhqiqat aparılır.

Digər mətbu orqanlar isə hadisə zamanı 1 nəfərin öldüyünü bildiriblər. İstintaq Komitəsi məlumatı təsdiqləyib. Qeyd edilir ki, dağıntılar altında daha bir nəfərin qalması ehtimalı var.

Son xəbərlər

Orphus sistemi